Fuad Axundov: “Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Fuad Axundov: “Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir”

Bu gün Ermənistan açıq səma altında vandalizm “muzeyi”dir.

Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov CBC TV-yə müsahibəsində bildirib.

“Ermənistan bütün Azərbaycan memarlığını dağıdıb, onu özünün yeni tikililəri ilə əvəz etməklə öz memarlıq görünüşünü tamamilə dəyişdirən yeganə ölkədir. Tam əminliklə söyləmək olar ki, bura açıq səma altında vandalizm “muzeyi”dir. Dünyada bu cür başqa bir ölkə yoxdur”, - deyə Fuad Axundov qeyd edib.

F.Axundov həmçinin bildirib ki, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra Ermənistan bütün şəhər və kənd adlarını tamamilə dəyişdirərək şəhərləri yenidən qurub.

“Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovmaqla Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv etdi, bütün toponimləri və hidronimləri dəyişdirdi, həmçinin Alban kilsələrinin qədim memarlığını da erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbrləri dağıdıldı”, - deyə F.Axundov qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 20.02.21 20:20