Ehtiyatda olan polkovnik: “Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

Ehtiyatda olan polkovnik: “Ermənilər minaları əsasən pərakəndə formada basdırıblar”

“Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minib. Həmin Konvensiyaya 133 dövlət qoşulub. Həmin dövlətlər üzərlərinə piyadalara qarşı minadan istifadə etməyəcəkləri, belə mina hazırlamayacaqları, istehsal etməyəcəkləri, başqa cür əldə etməyəcəkləri, toplamayacaqları, saxlamayacaqları, birbaşa və yanakı surətdə heç kəsə verməyəcəkləri barədə öhdəliklər götürüblər”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O hesab edir ki, bu gün dünyada ikili standartlar var: “Bəzi dövlətlər, o cümlədən ABŞ bu Konvensiyadan çıxıb. Harada müharibə gedirsə, münaqişə varsa bütün tip minalardan istifadə olunur. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə həmin əraziləri minalayıb. Mənfur düşmənlərimiz tərəfindən I Qarabağ müharibəsi zamanında da ərazilərimiz minalanmışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, ermənilərin indiyə kimi törətdikləri vəhşiliklər hamıya məlumdur: “Ona görə də onlardan minalanmış ərazilərin xəritələrini əldə etmək mümkünsüz bir şeydir. Onlar belə bir addımı ata biləcək millət və dövlət deyil. Digər tərəfdən də onu deyə bilərəm ki, hələlik Ermənistan bizimlə sülh müqaviləsi bağlamayıb. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Yenə də Ermənistanla müharibə şəraitindəyik. Belə olduğu halda isə onların xəritələri verməsi məsələsi sual altındadır”.

“Bir hərbçi kimi deyə bilərəm ki, onlar xəritələri versələr belə biz onlara inanmamalıyıq. Biz bilmirik ki, onları hansı mütəxəssislər hazırlayıb və həmin xəritələr nə qədər reallığı əks etdirir. Çünki mina sahələrinin xəritələrinin hazırlanması xüsusi peşəkarlıq tələb edir. Digər tərəfdən də düşünürəm ki, onlarda kimin haralara mina basdırması ilə bağlı məlumat yoxdur. Son dövrlərdə hansısa sahələrə minaların basdırılması ilə bağlı məlumatlar ola bilər. Ancaq onu da qeyd edim ki, bizdə heç kim ermənilərin xəritəsinə inanmaz. Çünki bu məsələ ilk növbədə əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyi ilə bağlıdır”, - Ş.Ramaldanov qeyd edib.

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işləri aparılır: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Həmin texnikalar azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb edilib. Digər tərəfdən də mütəxəssislər hazırlanır. Hesab edirəm ki, əhalimizin, dövlət qurumlarımızın təhlükəsizliyini ancaq özümüz təmin edə bilərik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            765 20.02.21 18:20