Əli Əsədov Ankarada erməni vandalizmindən DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |     15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |    

Əli Əsədov Ankarada erməni vandalizmindən DANIŞDI

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumunda çıxış edib.

Bu barədə "TRT Avaz” məlumat yayıb.

Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistandan nümayəndələr iştirak ediblər.

Əsədov çıxışında Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə səylərini yüksək qiymətləndirib:

"Türkiyənin qlobal istiləşməyə fayda verəcəyinə inanırıq. Türkdilli ölkələrin birliyi və qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgə üçün əhəmiyyətli faktordur”.

Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, köməkçisi Fuad Oktaya və Türkiyə xalqına Dağlıq Qarabağda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən 44 günlük müharibədə ölkəmizə göstərdikləri mənəvi dəstəyə görə təşəkkür ünvanlayıb:

"Müharibənin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik. Türkiyə bütün səviyyələrdə Ermənistanın təxribatlarını qınadı və Azərbaycanın tək olmadığını elan etdi”.

Əsədov Ermənistanın 30 illik işğal dövründə ətraf mühitə vurduğu ziyandan da danışıb:

"Xain düşmən 30 illik işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib. Təəssüf ki, qədim tarixə, orijinal maddi və mədəni irsə, misilsiz bitki və heyvanlara, zəngin mədənlərə sahib olan Qarabağ vəhşicəsinə istismar olunub. Bölgənin meşə ərazisi qəsdən yox edilib, məhsuldar torpaqlar və su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qalıb. Torpaqlarımızda uzun illər qanunsuz məskunlaşan düşmən bu əraziləri tərk edəndə ağaclarımızı kəsib və meşələrimizi məhv edib”.

İşğaldan azad edilmiş bölgələrin ekoloji bərpası üçün hərtərəfli tədbirlərin görüləcəyinə diqqət çəkən Əsədov bildirib ki, bu torpaqlar "yaşıl enerji” bölgəsinə çevriləcək:

"Köçkünlər "Böyük qayıdış” planı çərçivəsində öz ata yurdlarına qayıdacaqlar”.

Əsədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına təmiz ətraf mühit və "yaşıl inkişaf” prinsiplərinin daxil edilməsi təsadüf deyil.

O deyib ki, pandemiyaya görə sərhədlərin bağlı olduğu bir zamanda türkdilli dövlətlərin belə bir toplantı keçirməsi simvolik əhəmiyyət kəsb edir.

Nazir forumda iştirak edən dövlətlərlə fərqli sahələrdə faydalı əməkdaşlığın həyata keçirilməsindən və bu əlaqələrin bölgənin geosiyasi mənzərəsində müsbət dəyişikliyin yaranmasına təsir edəcəyindən bəhs edib:

"Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə olaraq 2030-cu ilədək istilik effektinə səbəb olan qazların emissiyasını 35 faiz azaltmağı hədəfləyib”.

Baş nazir bildirib ki, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan biznesmenlər arasında liderdir.

Türkiyənin "Gələcəyə Nəfəs” kampaniyası çərçivəsində Azərbaycanda ağacəkmə fəaliyyətini xoş təəssüratlarla xatırladığını qeyd edən Əsədov deyib ki, bu hadisənin iqlim dəyişikliyi ilə mübarizədə böyük rol oynayacağına inanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            414 19.02.21 17:34