Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? - AÇIQLAMA

Mənzillərdə yeni qaz sayğaclarının quraşdırılması prosesi aparılır. Lakin sakinlər quraşdırılan sayğaclardan narazılıq edir.

Oxu.Az-a mövzu ilə əlaqədar Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan sakinlərdən biri müraciət edib.

Vətəndaş bildirir ki, ötən gün quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur:

“Yeni sayğac quraşdırıldıqdan sonra kartı aktivləşdirməli olduğumuz bildirildi. Lakin mənimlə bərabər bir neçə vətəndaş da sayğacın kartına pul yükləyə bilmir. “Azəriqaz” İB-dən bizə dedilər ki, sistemdə problem yaranıb və gün ərzində həll olunacaq. Lakin günboyu məsələ öz həllini tapmadı. Bu gün də saat 10 radələrində sayğacın kartına pul yükləmək üçün “MilliÖn” terminallarına yaxınlaşdım. Yenidən eyni problem yaşandı. Dünəndən evdə istilik yoxdur”.

Məsələ ilə bağlı “Azəriqaz”a sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sistemdə texniki problem olub:

“Sözügedən problem barədə məlumatımız var. Sistemdə kiçik texniki problem yaranmışdı. Hazırda həmin problem öz həllini tapıb. Vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 19.02.21 14:30