Xırdalan şəhərində “zibilpulu” artırılıb? – AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |    

Xırdalan şəhərində “zibilpulu” artırılıb? – AÇIQLAMA

Abşeron rayonunun Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı barədə məlumat paylaşılıb.

İqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə qeyd edib ki, artıq şəhərdə adambaşına tələb edilən “zibilpulu” aylıq 50 qəpikdir:

“Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini “JEK”lər həyata keçirir. Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”.

S. Əliyev əlavə edib ki, şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: “Abşeron RİH məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmiləşdirilir? Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, "zibilə" görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.

Məsələ barədə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib kiçik məişət tullantılarının yığılması və daşınması tariflərinin artırılması ilə bağlı yayılan məlumatın heç bir hüquqi əsası yoxdur:

“Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adambaşına 30 qəpikdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 18.02.21 18:49