Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39 santimetr olub - FAKTİKİ HAVA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39 santimetr olub - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 18-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensivləşib, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 42, Lənkəranda 38, Zaqatalada 33, Xınalıqda 28, Gədəbəydə 28, Balakəndə 27, Şəkidə 26, Daşkəsəndə 25, Qrızda 24, Ağstafada 23, Kişçayda (Şəki) 22, Astarada 20, Oğuzda 20, Gəncədə 18, Şahdağda 18, Şəmkirdə 16, Tovuzda 16, Qubada 16, Qəbələdə 15, Mingəçevirdə 14, Göygöldə 13, Ağdamda 11, Lerikdə, Göyçayda 10, Bərdə, Naftalanda 9, Şərurda 8, Zərdab, Yevlax, Şahbuzda 7, Tərtər, Ağdərə (Ordubad), Qusarda 6, Yardımlı, Beyləqan, Ceyrançöldə 5, Kürdəmir, Sədərək, Xaltan, Xaçmazda 4, Sabirabad, Altıağac, İsmayıllıda 3, Cəfərxan, Salyan, Hacıqabul, Ordubad, Ağsu, Mərəzədə 2, Salyan, Neftçala, Biləsuvar, Şabran, Nabran, Naxçıvan, Şamaxı, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 40, Şahdağda 39, Daşkəsəndə 28, Gədəbəydə 24, Göygöldə 22, Kişçay, Tovuz, Qrızda 10, Şəki, Oğuzda 9, Zaqatalada 6, Gəncədə 4, Quba, Xaltanda 3, Xınalıq, Şəmkir, Qusarda 2, Balakən, Altıağac, Mərəzə, Hacıqabul, Yardımlı, Qəbələdə 1 sm olub.

Qərb küləyinin sürəti Neftçalada 30, Naftalanda 28, Tərtərdə 25, Gəncədə 24, Biləsuvar, Salyanda 20, Şəmkirdə 19, Xaçmaz, Şəki, Hacıqabulda 16, Qum adasında 27, Neft Daşları, Bakıda 21, Pirallahı, Sumqayıt, Çilov adasında 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Havanın temperaturu fevralın 17-də Bakıda iqlim normasından 1,5 dərəcə aşağı, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-1 dərəcə şaxta, aran rayonlarında 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 18.02.21 13:22