Ekspert: “Son iki həftədə bölgələrə turist səfərlərinin sayı kəskin artıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:38 Sabah ilin sonuncu Günəş tutulması olacaq  |     14:36 Sabahın hava proqnozu AÇIQLANDI  |     14:35 Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdi  |     14:32 Deputatlar sürücülük vəsiqəsinin alınmasına görə rüsumların artırılmasına razılıq verdi  |     14:30 Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar  |     14:29 Sabiq icra başçısının müavini məhkəmədən bəraət istəyir  |     14:12 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Abşeronda 31 yaşlı qadını avtomobil vurub  |     14:05 Bakıda mağazada yanğın olub  |     14:01 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     13:52 Bakıda taksi sürücüsündən müştəri xanıma təklif: “Gözəlliyinizə görə deyirəm” - VİDEO  |     13:48 XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək  |     13:40 Bahalı avtomobil nömrələri – Rüsumlar TƏSDİQLƏNDİ  |     13:34 SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     13:19 İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT  |     13:06 Paytaxtda gənc oğlan döyülərək bıçaqlandı  |     12:52 Azərbaycanın hərbi qulluqçusu həlak oldu  |     12:40 DYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edib  |     12:30 Bakıda qadın gecə klubunda intihara cəhd etdi  |     12:06 Sumqayıtda 24 yaşlı qız dəm qazından zəhərləndi  |    

Ekspert: “Son iki həftədə bölgələrə turist səfərlərinin sayı kəskin artıb”
Son 2 həftədə ölkənin müxtəlif bölgələrinə edilən turist səfərlərinin sayı kəskin artıb.

Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Onun sözlərinə görə, rayon və şəhərlərarası gediş-gəlişin bərpa olunduğu tarixdən - 25 yanvardan etibarən bölgələrə edilən səfərlərin sayı yüksələn templə artır. Əsasən həftəsonları səyahətlər çoxalıb.

Ekspert qeyd edib ki, hotellərə müraciətlərin əksəriyyəti həftə sonu - şənbə və bazar günlərində olur. Səfərlərin böyük qismi Şamaxı-Qəbələ, Quba-Qusar rayonlarına edilir:

“Bu bölgələrdəki 5 ulduzlu hotellərdə həftəsonu demək olar ki, yerlər məhduddur. Həmin hotellərin qiymətləri ötən illərə nisbətdə stabil qalıb. Bəzi hotellərdə isə 10-15% ucuzlaşma müşahidə edilir”.

F.Hacıyev əlavə edib ki, hotel sifarişlərindən əlavə turistik rayonlardakı günlük kirayə evlərin qiymətində də kəskin artım müşahidə olunur:

“2020-ci ilin mart ayından sonra daxili turizmdə ilk dəfədir ki, bu qədər canlanma yaranıb. Turizm sahəsindəki bu müsbət dinamikanın yüksələn temp ilə mart ayında da davam edəcəyi istisna olunmur. Ümumiyyətlə, hazırda turizm sənayemizin ən aktiv qolu daxili turizmdir. Getmə və gəlmə turizmin tamamilə dayanması nəticəsində bütün diqqətlər daxili turizmə yönəlib”.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 17.02.21 20:47