Azərbaycanın bəzi rayonlarında qar yağıb.
Hava şəraiti Şəmkir, Gədəbəy yolunda da çətinlik yaradıb.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətin Şəmkir Gədəbəy yolunda xüsusən Yasamal aşırımlarında çətinlik yaranıb:
"Sürücülərdən xahiş olunur ki bu yoldan maksimum az istifadə etsinlər".