Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA

“Yanacağın keyfiyyəti ilə bağlı aparılmış monitorinqlərin nəticəsi kimi istehlakçıların şikayətlərində həqiqət var. Yanacağın keyfiyyət göstəriciləri ilə bağlı problemlər var”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

Onun sözlərinə görə, 36 yanacaqdoldurma stansiyası üzrə monitorinqlər aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub:

“Biz bu materialları təhlil edirik. Tərəfimizdən lazım olan nəzarət tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar Tədbirlər Planı hazırlanıb. Qısa müddət ərzində Tədbirlər Planı ictimaiyyətə açıqlanacaq”.

Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, burada söhbət YDM-lərdən götürülən yanacaqdan gedir və məsələ birbaşa SOCAR-la əlaqəli deyil:

“Burada söhbət respublika üzrə fəaliyyət göstərən ayrı-ayrı YDM-lərdən gedir. Onların hər biri yanacağın keyfiyyətinə görə özləri də məsuliyyət daşıyır. Bu cəhətdən müxtəlif YDM-lər arasında yanacağın keyfiyyəti baxımından fərqlər ola bilər. Bu, birbaşa yanacağın istehsalçısına bağlı olan məsələ deyil”.

İbrahim Əhmədov vurğulayıb ki, yanacağın keyfiyyətinə nəzarət olmalıdır və SOCAR bu istiqamətdə nəzarət funksiyasının olmasının tərəfdarıdır:

“Müxtəlif YDM-lərdə yoxlamaların aparılması istehsalçının da maraq dairəsindədir. Çünki bunun bizim brendimizin imicinə də təsiri var. Bir daha qeyd edim ki, müxtəlif məntəqələrdə yanacağın keyfiyyətinin fərqli olması istisna deyil. Hərçənd ki, yanacaq mənbəyi eynidir. Ona görə də biz bu məsələyə müsbət yanaşır və dövlət tərəfindən olan bu təşəbbüsü alqışlayırıq”.

O qeyd edib ki, növbəti illərdə SOCAR “Avro-5” standartlarına uyğun olan yanacağın istehsalına başlayır və bu zaman qəbul olunan ümumi standartlar da dəyişə bilər:

“Lakin hazırkı dövr üçün saxlanılan məhsul mövcud standartlara uyğun olmalıdır. Əgər biz bu standartlara uyğun olan məhsulu yanacaqdoldurma məntəqələrinə satırıqsa, onlar da məhsulun eyni standartlara uyğun şəkildə müştərilərə pərakəndə satışını təmin etməlidirlər. Bu baxımdan yoxlamaların aparılmasının və bunun müqabilində Azərbaycan brendi imicinin möhkəmlənməsinin tərəfdarıyıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            528 17.02.21 17:43