Azərbaycan daha iki ölkədən quş əti idxalına məhdudiyyət qoydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycan daha iki ölkədən quş əti idxalına məhdudiyyət qoydu

İngiltərə və Bolqarıstanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən məlumatda bildirilir ki, Şimal-Şərqi İngiltərə və Bolqarıstan Respublikasının Pleven inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İngiltərənin Şimal-Şərqi İngiltərə və Bolqarıstan Respublikasının Pleven inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərə və Bolqarıstan Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 020 13.02.21 14:25