Azərbaycanda əhali ən çox nəyə pul xərcləyib? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Braziliyada turistlərin olduğu qayıq aşıb, ölənlər var  |     22:55 Xəzər dənizində zəlzələ qeydə alınıb  |     22:47 Şuşadan ilk zəng həyata keçirilib  |     22:43 Rusiyada yük avtomobili iki avtobusla toqquşub, onlarla insan xəsarət alıb  |     22:31 İranda Mərkəzi Bankının sabiq rəhbəri 10 il həbs cəzası aldı  |     22:14 Yük maşını qoyun sürüsünə çırpıldı - VİDEO  |     22:02 Turistləri daşıyan gəmi çayda batdı: Ölənlər və itkin düşənlər var  |     21:55 “Dejavü” filminin qəhrəmanı vəfat edib  |     21:47 Azərbaycanda koronavirusun beşinci dalğası gözlənilirmi? - Ekspertlərdən ŞƏRH  |     21:40 Masallıda ev və mağazalara qənim kəsilən ŞƏXSDƏN XƏBƏR VAR  |     21:31 Azad edilən bu iki kəndə 500 ailə köçürüləcək  |     21:26 DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlayıb, narkotik aşkarlanıb  |     21:20 Xocavənddə daha 2 erməni hərbçisinin meyiti tapıldı  |     21:16 Hikmət Hacıyev: “Prezidentin münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir”  |     21:10 Rusiyada metanol spirtindən ölənlərin sayı artıb  |     21:05 Rəşad Sadıqov: "Belə oyunların sayı çox olsa, futbolumuz inkişaf edər"  |     21:02 Zəng edən bank əməkdaşıdır, yoxsa dələduz? - ARAŞDIRMA  |     20:47 Şəmkirdə qatar gənc oğlanı vuraraq öldürüb  |     20:40 IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb - FOTO  |     20:30 Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib  |    

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyib? - FOTO
2021-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq məhsul satılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ay əhaliyə 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalıb. Belə ki, pərakəndə ticarət dövriyyəsi qeyri-ərzaq malları üzrə 4,8 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,8 faiz artıb.

Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:


Ötən ay 1 milyard 468,3 milyon manat dəyərində ərzaq məhsulları, 196,7 milyon manat dəyərində içki və tütün məmulatları, 495,2 milyon manat toxuculuq məhsulları, geyim və ayaqqabılar, 159,6 milyon manat dəyərindən elektrik malları və mebellər, 21,9 milyon manat dəyərində kompütərlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 68,7 milyon manat dəyərində əczaçılıq məhsulları və tibb ləvazimatları, 172,1 milyon manat dəyərində avtomobil benzini və dizel yanacağı, 572,3 milyon manatlıq digər qeyri-ərzaq malları istehlak edilib.

2020-ci ilin yanvar ayı ilə müqayisədə ərzaq məhsullarının istehlakı 1,9 faiz, içki və tütün məmulatlarının istehlakı 0,4 faiz, kompütər, telekommunikasiya avadanlıqları və çap məhsullarının istehlakı 2,6 faiz, əczaçılıq məhsulları və tibb ləvazimatlarının istehlakı 40,1 faiz və digər qeyri-ərzaq malları istehlakı 1,4 faiz artıb.

Ölkədə toxuculuq məhsulları, geyim və ayaqqabıların istehlakı 10,1 faiz, elektrik malları və mebellərin istehlakı 14,3 faiz, avtomobil benzini və dizel yanacağının istehlakı 12,1 faiz azalıb.

2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

İstehlak məhsullarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 faiz artıb, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 15,7 faiz azalıb.

2021-ci ilin yanvar ayında ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 316,3 manatlıq, o cümlədən 166,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,4 manatlıq qeyri-ərzaq malları alıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 12.02.21 17:00