“Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciət qəbul olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciət qəbul olunub

Avropa Dərman Agentliyi Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciəti rəsmi olaraq qəbul edib.

Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun müraciəti yanvarın 29-da Agentliyə daxil olub.

Fondun rəhbəri Kirill Dmitriyev dərmanın Avropa İttifaqına yay aylarından əvvəl verilə bilməyəcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropa İttifaqına vaksinlərin tədarükü yalnız Rusiyadakı vaksinasiya kampaniyası başa çatandan sonra təşkil ediləcək və peyvənd etmək istəyən hər kəs bundan istifadə edə biləcək.

Qeyd edək ki, Rusiyada vaksinasiya artıq iki ay əvvəl başlayıb.

Serbiyada da peyvənd kampaniyası tam sürətlə davam edir, Belqradda “Sputnik V” ilə yanaşı, mövcud bütün vaksinlər, o cümlədən “Pfizer/BioNTECH” və Çinin “Sinovac” preparatların istifadə edilməsinə qərar verilib.

İrana “Sputnik V” vaksininin ilk partiyası ötən şənbə günü gətirilib, vaksinasiya paytaxtla yanaşı, bir neçə böyük şəhərdə aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 10.02.21 23:15