Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolunu keçən 1999-cu il təvəllüdlü Hacızadə Qalib Qabil oğlunu maşın vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.