Xalq artisti Röya Ayxan peyvənd vurdurub.
Şəxsi “Instagram” səhifəsində paylaşım edən müğənni könüllü olaraq peyvənd olunduğunu bildirib:
“Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”.