Bakıda Qran Prinin keçirilməsi təsdiqləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda Qran Prinin keçirilməsi təsdiqləndi

Paracüdo (görmə məhdudiyyətli cüdoçuların yarışdığı idman növü) üzrə Qran Pri bu il Bakıda keçiriləcək.

Bu barədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) qərar çıxarıb.

Həmin yarış artıq təqvimə salınıb və 24-25 may tarixlərində keçiriləcək. Paralimpiya Oyunlarına lisenziya xalları verən bu yarışa idmançı sayı üzrə qeydiyyat martın 1-dək, atletlərin adlarının göndərilməsi isə aprelin 9-dək davam edəcək. Viza üçün son müraciət tarixi aprelin 30-u təyin olunub.

Komandalar mayın 20-də Bakıya gələcək. 21-22 mayda idmançılar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tibbi təsnifatdan keçərək, gözdən əlillik dərəcələri müəyyənləşdiriləcək.

23 mayda yeddi kişi, altı qadın idmançıların çəkiölçmə mərasimi, 24-25 mayda isə hakimlərin iclası və yarış baş tutacaq. Yarışın açılış mərasimi 24 may saat 16:00-da olacaq.

26-27 mayda komandalar Bakıda qalıb məşq keçəcəklər. 28 mayda qonaq komandalar Bakını tərk edəcək.

Qeyd edək ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək yarış ötən ilin 11-12 mayında baş tutmalı olsa da, pandemiya səbəbindən təşkil olunmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 02.02.21 19:00