Azərbaycan qızıl və gümüş ixracından nə qədər gəlir əldə edib? - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Azərbaycan qızıl və gümüş ixracından nə qədər gəlir əldə edib? - RƏSMİ

2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (349,5 milyon manat) birinci olub.

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Azergold” 2020-ci ildə 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edib.

Ümumi gəlir 2019-cu ildəki göstəricilərdən 41,5 milyon manat və ya 29 faiz artıb.

Cəmiyyət tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib. 2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirilib.

Cəmiyyətin göstəriciləri uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir. Bunun əyani nümunəsi kimi QSC-nin fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədi ilə cəlb edilmiş 148,4 milyon ABŞ dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılıb. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 milyon manat vəsaitə qənaət edilib və yerli banklarda 69,4 milyon ABŞ dolları məbləğində kredit xətti Cəmiyyətin istifadəsi üçün ayrılıb.

“Cəmiyyətdaxili hesablamalara və 2020-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, cari ildə Cəmiyyətin xalis mənfəəti təqribən 50 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq.

Ötən il ərzində Cəmiyyətin təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq faktiki 415 nəfər işçi olmaqla, mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1 200 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb”, - deyə Z.İbrahimov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 479 02.02.21 14:45