Brüsseldə silahlı hücum olub, xəsarət alanlar var
Brüsseldə metrostansiyada naməlum kişi bıçaqla sərnişinlərə hücum edib.
“Report” xəbər verir ki, bu barədə RTBF telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Molenbek kommunasında qeydə alınıb. Hücum zamanı 5 nəfər xəsarət alıb.
Xəsarət alanlardan birinin boğazı kəsilib. Silahlı şəxs polis tərəfindən saxlanılıb.
Polisdə bildirilib ki, insident terrorla əlaqədar deyil.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!