"Həmin Zaur" proqramı səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evindən reportaj hazırlayıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal gitara ifaçısına evində baş çəkərək onun son görüntülərini lentə alıb.
Xalq artistinin xanımı Gülü qeyd edib ki, Rəmişin yaşı və bronxlarında yaranan problem səbəbindən qaraciyər transplantasiyası həyata keçirilməyəcək:
Camaat da deyir ki, guya mən yardım istəmişəm. Mənim heç kimin pul yardımına ehtiyacım yoxdur. Dövlət ona ev, fəxri ad verib".