Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |    

Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

Azərbaycanda bank sektoru 2020-ci ili mənfəətlə başa vurub.

Bank sektoru ötən il 567,8 milyon manat xalis gəlir əldə edib. 2019-cu ilin yekun gəlirləri ilə müqayisədə banklar xalis gəlirlərin həcmini 5,7 faiz artırıb.

Belə ki, ötən il Azərbaycanda bank sektoru faiz və gəlirlərin bu qəbildən olan növlərindən ümumi 1 milyard 920,5 milyon manat vəsait cəlb edib. O cümlədən, kreditlər üzrə faizlərdən 1 milyard 519,5 manat vəsait əldə edilib ki, bu vəsaitin həcmi isə əvvəlki ilin yekunları ilə müqayisədə 6,9 faiz artıb. Bankların xalis faiz gəlirlərinin həcmi isə 2019-cu ilin yekun nəticələrinə nəzərən 2,84 faiz artaraq 1 milyard 368,1 manat təşkil edib.

Bank sektorunun faiz və onlara bağlı xərclərinin həcmi 492,5 milyon manat təşkil edib ki, bu, 2019-cu ilin yekun göstəriciləri ilə müqayisədə 10,1 faiz azdır.

Dövrün sonuna bank sektorunun qeyri-faiz gəlirlərinin həcmi 672,1 milyon manat, qeyri-faiz xərclərinin həcmi isə 1 milyard 236,5 milyon manat təşkil edib.

Banklar bu dövrdə 803,7 milyon manat dəyərində əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin yekunlarına nisbətən 5,34 faiz azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            534 27.01.21 16:51