Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub.