Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır - VİDEO

27.01.2021 12:57 4 401
Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır - VİDEO
Dağlıq Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tərkibində olacaq rusiyalı hərbçilər monitorinq vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün təlim keçirlər və Azərbaycan Respublikasının ərazisinə yola düşməyə hazırlaşırlar.

Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Birgə Mərkəzin heyəti mövcud vəziyyətin monitorinqini pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcək.

Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq Rusiya-Türkiyə mərkəzi, Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə qurumları tərəfindən 11 noyabr 2020-ci il tarixdə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.

Birgə Mərkəzin Qərargahı paritet əsasında komanda məntəqəsi şəklində qurulur.

Son xəbərlər