Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib - YENİLƏNİB

27.01.2021 12:05 3 741
Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib - YENİLƏNİB
Ötən gün dəm qazından zəhərlənənlərin həyati təhlükəsi yoxdur.

Bu barədə Oxu.Az-a Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn məlumat verib.

Bildirib ki, zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər:

“Ambulator xidmət göstərilib. Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb”.

* * * * *

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə bir ailənin altı üzvü dəm qazından zəhərlənib.

Qobustan rayon sakinləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, ailə həkim Kəmalə Hüseynova tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb:

"Dünən dəm qazından zəhərlənmə ilə 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu xəstəxanaya müraciət edib. Kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənən ailə üzvləri ilkin müayinədən sonra evə buraxılıblar.

Bu gün ailə ilə əlaqə saxlanılıb. Heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır"

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər