“Barselona”nın iki milyard avro borcu var » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

“Barselona”nın iki milyard avro borcu var

İspaniyanın “Barcelona” klubunun maliyyə vəziyyəti xeyli pisləşib.

Bu barədə klubun illik maliyyə hesabatını araşdıran “Goal” nəşri xəbər yayıb.

Məlumata əsasən, katalonların iki milyard avroya yaxını borcu var. Bunlardan 730 milyonu qısamüddətli borcdur.

Klubun xərcləri arasında ən böyük yeri əməkhaqları tutur və borcların bir hissəsi də elə bununla bağlıdır. “Barsa” büdcəsinin 74%-i məhz əməkhaqları istiqamətində xərclənir.

“Barselona”nın digər klublara da 126 milyon avro borcu var. Bu borclar oyunçu transferləri nəticəsində əmələ gəlib. İspan klubu Kautinyoya görə “Liverpul”a 29 milyon, de-Yonqa görə “Ayaks”a 16 milyon, Malkolma görə “Bordo”ya 10 milyon avro borcludurlar və bu borclar cari ilin iyun aynın 30-dək ödənilməlidir.

Xatırladaq ki, 2019/2020-ci il mövsümünün sonunda “Barselona”nın 488 milyon avro borcu var idi. Göründüyü kimi, klubun maliyyə vəziyyəti sürətlə pisləşir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 26.01.21 14:48