Koronavirus peyvəndi ilə bağlı XOŞ XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Koronavirus peyvəndi ilə bağlı XOŞ XƏBƏR

İsraildə koronavirusa qarşı tətbiq edilən peyvəndin virusa təsiri barədə araşdırmanın nəticələri paylaşılıb.

“Haber Global” məlumat verir ki, “Pfizer” və “BioNTech” tərəfindən hazırlanan peyvəndin ikinci dozası vurulan 128 600 nəfərin bir həftədən sonra yalnız 20-də koronavirusa yoluxma müəyyən edilib.

Bildirilir ki, həmin şəxslərdən heç birinin hərarəti 38,5 dərəcədən yüksək olmayıb və ya xəstəxanaya yerləşdirilməyib.

Araşdırma aparan alimlərdən biri Anat Ekka Zohar deyib ki, vaksinin ikinci dozası vurulan şəxslər virusa yoluxsa belə, bu vəziyyət peyvəndin xəstəliyin ciddiləşməsinin qarşısını aldığına işarə ola bilər.

Təxminən 9,3 milyon əhalisi olan İsraildə “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış COVID-19 peyvəndinin ilk dozası 2020-ci ilin 20 dekabrı, ikinci dozası isə bu ilin 9 yanvarında vurulmağa başlayıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19 peyvəndinin ilk dozası ilə 2 637 279 nəfər, ikinci dozası ilə 1 189 813 nəfər vaksinasiya edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 26.01.21 11:54