ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev

"ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır".

Median.Az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı deyib.

ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasına toxunan Hikmət Hacıyev onun aşağı olduğunu, bunun əsas səbəbinin isə təşkilatın 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayıb.

O bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib.

Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib.

O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            480 25.01.21 22:38