“2020-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 35 576 nikah qeydə alınıb”.
Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, bununla yanaşı nikahın pozulması üçün müraciət edən cütlüklərin böyük hissəsi psixoloji söhbətlərlə fikirlərindən daşındırılıb:
“Belə ki, nazirliyin qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilmiş şəxslərdən 576 nəfər (yəni, 288 cütlük) nikahın pozulmasından imtina edib”.