Karantindən imtina edən İsveç hökuməti milyarderlərin artmasına görə narahat olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Karantindən imtina edən İsveç hökuməti milyarderlərin artmasına görə narahat olub

İsveç hökuməti koronavirus pandemiyasının səbəb olduğu böhran fonunda 2020-ci ildə ölkədə milyarderlərin sayının artmasından təşvişə düşüblər.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Bildirilir ki, sözügedən vəziyyət zənginlərlə yoxsullar arasında artan boşluğa işarə edir.

İsveçdəki bərabərsizlik son illərdə sərt pul siyasəti səbəbiylə daha da pisləşib. Bu isə fond bazarında aktivlərin qiymətinin şişməsinə gətirib, son zamanlarda isə pandemiya səbəbindən ölkədə işsizliyin artması ilə nəticələnib.

Beləliklə, keçən il krallığın 40 vətəndaşı birja dəyərlərinin artması sayəsində İsveç kronu milyarderi və dollar milyonerləri olub.

169 isveçli sahibkarın və ya varlı ailənin ümumi sərvəti 2020-ci ildə 295 milyard krona (35 milyard dollar) yüksələrək 1,3 trilyon krona çatıb. Bu, İsveçdəki səhmlərin və kapital fondlarında saxlanılan bütün şəxsi yığımların təxminən 40 faizinə bərabərdir.

Krallığın maliyyə naziri Magdalena Andersson zənginlərin daha da zənginləşəcəkləri və yoxsulların daha da kasıb olacağı deyilən “K şəkilli iqtisadi vəziyyət”lə əlaqədar açıq bir risk gördüyünü deyib.

Maliyyə naziri hökumətin ölkədəki bərabərsizlik vəziyyətini yaxşılaşdırmaq üçün vergilərdən istifadə edə biləcəyinə eyham vurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 23.01.21 14:26