Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda neft hasilatı artacaq

23.01.2021 14:07 3 213
Azərbaycanda neft hasilatı artacaq
OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” Beynəlxalq Agentliyinin hesabatında bildirilir.

Ötən ilin aprel ayında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın Azərbaycan tərəfindən yerinə yetirildiyinə görə 2021-ci ildə ölkədə gündəlik neft hasilatının 2020-ci il səviyyəsinə yaxın olan 610 min barel olacağı qeyd edilir.

Pandemiya üzündən dünya bazarında neftə tələbatın, habelə Azərbaycanda da əvvəlki istehsalat gücünün nə zaman bərpa olunacağının hələ də müəmmalı olduğunu qeyd edən hesabat müəllifləri neftin qiymətlərinə, habelə OPEC+ çərçivəsində hasilatın ixtisarına dair ehtimalları nəzərə alaraq 2021-ci ildə kiçik profisit yaranacağını, sonradan 2024-cü ilədək ÜDM-in 4 faizi səviyyəsinədək artacağını güman edirlər.

“Şahdəniz-2 qaz layihəsinin başlanması və qarşıdakı 3-4 il ərzində genişlənməsi də Azərbaycanın xarici göstəricilərini dəstəkləməlidir. Bununla yanaşı proqnozlarımız həmçinin daxili istehlakın artması, habelə Dağlıq Qarabağda nəzərdə tutulan bərpa işləri nəticəsində idxalatın artacağı ehtimalını da əks etdirir. Karbohidrogen ixracatının xeyli azaldığına görə Azərbaycanın cari əməliyyatlarda 2019-cu ildəki 9,1 faizlik qalıqdan sonra 2020-ci ildə 3,7 faizlik kəsir olduğunu da güman edirik. Neft amilinin səbəb olduğu böyük dəyişkənliyinə baxmayaraq yüksək xarici balans Dövlət Neft Fondunda (SOFAZ) toplanmış böyük həcmdə xarici aktivlərlə yanaşı, başlıca reytiq amili olaraq qalır. Ehtimalımıza görə 2021-ci ildə xarici likvidlik aktivləri xarici borc həcmindən cari əməliyyatlarla bağlı ödənişlərin 90 faizi qədər artıq olaraq 2024-cü ilədək sabit qalacaq. Azərbaycan ticarət şərtlərinin dəyişkənliyinə qarşı həssas qalsa da, xalis xarici aktivlərlə bağlı güclü mövqeyi iqtisadi dalğalanmaların fəsadlarını yumşaldacaq”, – hesabatda qeyd olunur.

Son xəbərlər