Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: “Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |    

Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: “Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm”

32 yaşlı Ruslan Nuriyev Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının azadlığı üçün döyüşən Vətən müharibəsi iştirakçılarından biridir.

Bu günlərdə ordu sıralarından tərxis olunaraq Bakıya - evinə qayıdan hərbi qulluqçumuz Media.Az-a öz döyüş yolundan danışıb.


O, qeyd edib ki, ötən ilin iyul ayında ermənilərin Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatdan sonra könüllü olaraq ordu sıralarına yazılıb.

“Vətən müharibəsinin ilk günü - 27 sentyabrda xidmətə çağırıldım. 28 sentyabrda Bakıdan çıxdıq, axşam Gorana çatıb kazarmada yerləşdik. 43 nəfərlik minaatan batareyasına yazıldım. Gərgin məşqlər başladı, döyüşə hazırlaşırdıq. Batareyamızın bir hissəsinin olduğu 391 nəfərlik taborumuzun komandiri Polkovnik Elman Nəzirov idi. O, bizə çox şeylər öyrətdi, ondan öyrəndiklərimizin nəticəsində bir çoxumuz evə sağ-salamat qayıda bildik”.


Ruslan Nuriyev – fotoda sağda

Müsahibimiz bildirdi ki, xidmətini Qubadlı, Cəbrayıl və Füzuli istiqamətlərində aparıb.

“Ancaq ən çox Qubadlı uğrunda - Xanlıq kəndindən Çərəli kəndinin sərhədinə qədər olan ərazidə döyüşlərdə iştirak etmişəm. Ən çətini döyüş yoldaşlarımın yaralandığını, ölümünü görmək idi.

Bir dəfə başqa bir dəstədən olan maşının böyük sürətlə bizə tərəf hərəkət etdiyini gördük. Maşından düşən komandir göz yaşları içərisində sanitara tərəf qaçdı. Biz yoldaşlarımızla maşına tərəf yaxınlaşdıq və qanı axan hərbi qulluqçunu gördük. Döyüşə getməmişdən əvvəl hamımıza sarğılar verilmişdi. Üç-dörd paketim var idi. Yaralı şəxsə kömək etmək qərarına gəldim. Sarğının biri ilə yaranı sıxıb, digəri ilə o hissəni sarıyaraq qanaxmanı birtəhər dayandırmağa çalışdım. Bəzilərinin yaxınlıqda qusduğunu gördüm. Çalışırdım, baş verənlərə sakit reaksiya verim. Bütün bunları müharibədə görməyə alışırsınız”.


Dağıdılmış bulaqda

R.Nuriyev bildirdi ki, minamyotların yerdəyişməsini özləri həyata keçiriblər.

“Bir neçə hissəyə söküb çiyinlərimizdə daşıyırdıq. Güllə keçirməyən jileti, daraq qabını, əşyalar olan çantaları da həmçinin. Əlbəttə, çətin olurdu, 60-70 kiloqram yüklə hərəkət edirdik. Bir-iki kilometrə qədər hərəkət edib, sonra yenidən səngər qazıb mövqelər tutulurdu”.


Müsahibmiz bildirdi ki, müharibə bitəndən sonra Qubadlı rayonunda, sərhəd ərazidə xidmət aparıb. Onlar ərazinin sərhəd qoşunları tərəfindən nəzarətə götürülməsini gözləyiblər.


Ruslan Nuriyev – fotoda sağdan birinci

R.Nuriyev müharibədən sonra dinc həyata necə uyğunlaşmasından da söz açıb:

“Nəfəs almaq bir az çətindi, elə bil daxilimdə soyuq qalıb, sinəmdə ağrı hiss edirəm, böyrəklərimə soyuq olub, müalicə olunacağam. Normal qidalana bilmirəm, əvvəllər yaxşı iştaham var idi, indi az yeyirəm. Evə gəldikdən sonra bir həftə gecə yatmadım - qulaqlarımda davamlı olaraq səslər eşidirdim. Düşüncəmdə hələ də özümü müharibənin içində hiss edirəm”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 326 21.01.21 21:06