Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: “Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm”

21.01.2021 21:06 4 698
Cəbhədən qayıdan könüllü Ruslan Nuriyev: “Düşüncələrimdə hələ də özümü müharibənin içində hiss edirəm”
32 yaşlı Ruslan Nuriyev Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının azadlığı üçün döyüşən Vətən müharibəsi iştirakçılarından biridir.

Bu günlərdə ordu sıralarından tərxis olunaraq Bakıya - evinə qayıdan hərbi qulluqçumuz Media.Az-a öz döyüş yolundan danışıb.


O, qeyd edib ki, ötən ilin iyul ayında ermənilərin Tovuz rayonu istiqamətində həyata keçirdikləri təxribatdan sonra könüllü olaraq ordu sıralarına yazılıb.

“Vətən müharibəsinin ilk günü - 27 sentyabrda xidmətə çağırıldım. 28 sentyabrda Bakıdan çıxdıq, axşam Gorana çatıb kazarmada yerləşdik. 43 nəfərlik minaatan batareyasına yazıldım. Gərgin məşqlər başladı, döyüşə hazırlaşırdıq. Batareyamızın bir hissəsinin olduğu 391 nəfərlik taborumuzun komandiri Polkovnik Elman Nəzirov idi. O, bizə çox şeylər öyrətdi, ondan öyrəndiklərimizin nəticəsində bir çoxumuz evə sağ-salamat qayıda bildik”.


Ruslan Nuriyev – fotoda sağda

Müsahibimiz bildirdi ki, xidmətini Qubadlı, Cəbrayıl və Füzuli istiqamətlərində aparıb.

“Ancaq ən çox Qubadlı uğrunda - Xanlıq kəndindən Çərəli kəndinin sərhədinə qədər olan ərazidə döyüşlərdə iştirak etmişəm. Ən çətini döyüş yoldaşlarımın yaralandığını, ölümünü görmək idi.

Bir dəfə başqa bir dəstədən olan maşının böyük sürətlə bizə tərəf hərəkət etdiyini gördük. Maşından düşən komandir göz yaşları içərisində sanitara tərəf qaçdı. Biz yoldaşlarımızla maşına tərəf yaxınlaşdıq və qanı axan hərbi qulluqçunu gördük. Döyüşə getməmişdən əvvəl hamımıza sarğılar verilmişdi. Üç-dörd paketim var idi. Yaralı şəxsə kömək etmək qərarına gəldim. Sarğının biri ilə yaranı sıxıb, digəri ilə o hissəni sarıyaraq qanaxmanı birtəhər dayandırmağa çalışdım. Bəzilərinin yaxınlıqda qusduğunu gördüm. Çalışırdım, baş verənlərə sakit reaksiya verim. Bütün bunları müharibədə görməyə alışırsınız”.


Dağıdılmış bulaqda

R.Nuriyev bildirdi ki, minamyotların yerdəyişməsini özləri həyata keçiriblər.

“Bir neçə hissəyə söküb çiyinlərimizdə daşıyırdıq. Güllə keçirməyən jileti, daraq qabını, əşyalar olan çantaları da həmçinin. Əlbəttə, çətin olurdu, 60-70 kiloqram yüklə hərəkət edirdik. Bir-iki kilometrə qədər hərəkət edib, sonra yenidən səngər qazıb mövqelər tutulurdu”.


Müsahibmiz bildirdi ki, müharibə bitəndən sonra Qubadlı rayonunda, sərhəd ərazidə xidmət aparıb. Onlar ərazinin sərhəd qoşunları tərəfindən nəzarətə götürülməsini gözləyiblər.


Ruslan Nuriyev – fotoda sağdan birinci

R.Nuriyev müharibədən sonra dinc həyata necə uyğunlaşmasından da söz açıb:

“Nəfəs almaq bir az çətindi, elə bil daxilimdə soyuq qalıb, sinəmdə ağrı hiss edirəm, böyrəklərimə soyuq olub, müalicə olunacağam. Normal qidalana bilmirəm, əvvəllər yaxşı iştaham var idi, indi az yeyirəm. Evə gəldikdən sonra bir həftə gecə yatmadım - qulaqlarımda davamlı olaraq səslər eşidirdim. Düşüncəmdə hələ də özümü müharibənin içində hiss edirəm”.

Son xəbərlər