“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb  |     22:35 Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı  |     21:56 Gədəbəydə kütləvi dava baş verib  |     21:35 Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü  |     20:55 Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi  |     20:15 Bu şəxslərə evlər veriləcək - ŞAD XƏBƏR AÇIQLANDI  |     20:02 Saatlı sakini dəm qazından zəhərlənib öldü  |     18:41 Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı  |     18:27 İctimai iaşə obyektlərində monitorinqlər aparılıb: 42 müəssisə kobud pozuntulara yol verib - FOTO  |     18:08 Ukraynada xəstəxanada partlayış: Yaralılar var  |     18:01 Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - FOTO  |     17:43 “Caliber”: Erməni hərbçilərə reallığı başa salmaq üçün daha neçə cəsəd lazımdır? - VİDEO  |     16:44 ABŞ-ın daha bir konqresmenindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT  |     16:18 Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkar edildi  |     16:11 Paytaxtda 67 yaşlı qadını maşın vurdu  |     16:06 Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTO  |     16:00 Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb - FOTO  |     15:54 Bakıda yoldan qız qaçıran şəxslərin işi- Özlərini təqsirli bilmirlər  |     15:50 Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA  |     15:46 Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik - FOTO / VİDEO  |    

“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var - FOTO
2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insident baş verib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

Nəticədə tərəflərdən biri 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.

Polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıb.

İnsidentlə əlaqədar araşdırma davam etdirilir.





скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 179 19.01.21 19:49