“Caliber”: “Qarabağ zəfərindən sonra Azərbaycan Ordusu hansı istiqamətdə inkişaf edəcək?” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |    

“Caliber”: “Qarabağ zəfərindən sonra Azərbaycan Ordusu hansı istiqamətdə inkişaf edəcək?” - VİDEO

Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbə Qarabağ münaqişəsini keçmişdə qoydu. Region fəal şəkildə dinc həyata qayıdır və gələcəkdə Azərbaycanın o cümlədən turizm sahəsində mirvarisinə çevrilməyə hazırlaşır. Lakin yeni reallıq ölkə rəhbərliyi qarşısında yeni tapşırıqlar və çağırışlar qoyur.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında “Azərbaycan Silahlı Qüvvələrinin münaqişədən sonrakı dövrdə inkişafı məsələləri” adlı videoda bəhs edilib.

Müharibədən sonrakı dövrdə ən vacib məsələlərdən biri kimi Azərbaycan ordusunun bundan sonra da inkişafı məsələsi ön plana çıxır. İlk növbədə mümkün rəqiblər müəyyən edilməlidir. Bu termin istənilən ölkənin hərbi doktrinasında Silahlı Qüvvələrin inkişafı baxımından çox vacibdir.

Məhz mümkün rəqib haqqında məlumatların nəzərə alınması hesabına müdafiə və möhkəmləndirmə rayonları yaradılır və döyüş hazırlığı vəziyyətində saxlanılır, müxtəlif qoşun növlərinin təlimləri keçirilir.

Bu baxımdan Azərbaycan üçün çox az şey dəyişib. Lakin deeskalasiya prosesinin hələ də başa çatmadığını, Ermənistan hərbçiləri və radikallar arasında revanşist əhval-ruhiyyənin hələ uzun müddət davam edəcəyini anlamaq gərəkdir.

Bununla belə Moskvadakı üçtərəfli görüşün nəticələri onu göstərib ki, tərəflər yenə də birgə istiqamətdə irəliləməyə davam edirlər.

Regionda hərbi əməliyyatların başa çatmasından sonra qüvvələr bölgüsü əsaslı şəkildə dəyişib. Əgər daha əvvəl Azərbaycan ordusu təlimlər zamanı düşmənin müdafiə xəttinin yarılması üçün hücum əməliyyatlarını öyrənirdisə, indi Azərbaycan ordusu artıq Ermənistan-Azərbaycan dövlət sərhədində postlara sahibdir. Əgər əvvəllər biz cəbhə xəttində üzbəüz dayanırdıqsa, indi ümumiyyətlə cəbhə xətti yoxdur, yalnız dövlət sərhədi var. Bundan əlavə artıq regionda Rusiya sülhməramlıları da var. Bu isə qoşunların dislokasiyası, birləşmələrin ixtisaslaşması baxımından yeni yanaşma tələb edən tamamilə yeni bölgüdür.

“Caliber” qeyd edir ki, artıq yeni münaqişənin necə olacağı barədə düşünmək gərəkdir. Artıq anlamaq lazımdır ki, yeni müharibə ötən ilin payızında başa çatan müharibədən kəskin şəkildə fərqlənəcək.

Yeni münaqişədə Azərbaycan hərbçilərinin cəbhə xətti olmadan məhdud ərazidə qısamüddətli antiterror əməliyyatlarına hazırlığı əhəmiyyətli rol oynayacaq. Bakı həmçinin Ermənistanla sərhəddə təxribat olacağı halda müdaxilə üçün strategiya hazırlamalıdır.

Bu dövrdə daxili qoşunların və xüsusi-xidmət orqanlarının bütün növ terrorla mübarizə birləşmələrinin rolu artacaqdır. Bu isə ölkə rəhbərliyindən şəxsi heyətin yeni şəraitdə hazırlığı məsələsi üzərində işləməyi tələb edir. Münaqişənin başa çatması həmçinin müqaviləli ordu sisteminə keçid məsələsini də yenidən gündəmə gətirib.

Bundan əlavə ölkəmizdə hər il keçirilən genişmiqyaslı təlimlərdə də dəyişikliklər edilə bilər. Bu təlimlərdə ordu birləşmələri ilə yanaşı, daxili işlər orqanları, sərhədçilər və xüsusi xidmət orqanları cəlb oluna bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 110 19.01.21 19:03