Xırdalanda səkidə quraşdırılan ticarət köşkü götürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Xırdalanda səkidə quraşdırılan ticarət köşkü götürüldü

Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində - Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olub.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunub ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırıb, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılıb.

Bununla əlaqədar Komitə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir.

Eyni zamanda Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 18.01.21 19:50