Ərdoğan: “Qarabağ məsələsində güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Ərdoğan: “Qarabağ məsələsində güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik” - VİDEO

Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkənin doqquz vilayətində keçirilən partiya konqresinə onlayn şəkildə qatılıb. Konqres iştirakçılarına müraciətində dövlət başçısı hazırda Türkiyə və dünyada mövcud olan problemlərdən danışıb. Ölkəsinin xarici siyasəti ilə bağlı maraqlı açıqlamalar verən Ərdoğan Qarabağ məsələsinə də toxunub.

“Şərqi Aralıq dənizindən başlayaraq Qarabağ məsələsinədək güclü iradəmizlə bütün dünyaya qətiyyətimizi göstərdik”, - deyə Türkiyə prezidenti bəyan edib.

R.T.Ərdoğan ölkəsinin istismar və istibdad üzərində qurulan və əsrlər boyu davam edən dünya düzənini dərindən sarsıtdığını bildirib.

“Artıq masa üstündə cızılan xəritələr bölgəmizdə tətbiq edilə bilməz. Təbii sərvətləri qarət etmək üçün vətəndaş müharibələri və terror hadisələri asanlıqla təşkil oluna bilməz. Türkiyəyə qarşı aparılan kampaniyanın məzmununa nəzər yetirin. Hər birinin arxasında bu məsələni görəcəksiniz. Kim nə deyirsə desin, tarix öz hökmünü verir”, - deyə dövlət başçısı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 242 18.01.21 17:48