Qarabağda Azərbaycanın televiziya proqramlarının yayımı bərpa olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |    

Qarabağda Azərbaycanın televiziya proqramlarının yayımı bərpa olunub

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanıb.

Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının və üç ümumölkə radio kanalının yayımı təmin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 18.01.21 17:31