Süd verən analar peyvənd oluna bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Süd verən analar peyvənd oluna bilər?

Süd verən anaların koronavirusa qarşı peyvənd oluna bilib-bilməyəcəkləri barədə fikirlər səslənir.

“Anadolu” agentliyi xəbər verir ki, türkiyəli uşaq sağlamlığı və xəstəlikləri üzrə professor Nalan Karabayır Çin istehsalı “CoronaVac” peyvəndinin südəmər uşaqlara ziyanı olmadığını deyib.

Onun sözlərinə görə, yeni vaksinlər çox az komponentdən ibarətdir:

“Peyvənd komponentlərinin ana südünə keçmə ehtimalının az olduğu düşünülür və keçsə də peyvənd zülalları həzm sistemində parçalanmayacaq və körpəyə təsir göstərməyəcək. Peyvənd anaya tətbiq olunsa da, ana südündən körpəyə anticisim keçməsi ilə körpənin COVID-19-a qarşı qorunmasına kömək edə bilər”.

Hal-hazırda istifadə olunan peyvəndlər m-RNA peyvəndləri “Pfizer/BioNTech” və “Moderna”, viral vektor əsaslı “Oxford/Astra-Zeneca” peyvəndi və inaktiv Çin peyvəndləridir.

Karabayır qeyd edib ki, süd verən analar çiçək və sarı qızdırma peyvəndi xaricində bütün peyvəndləri vurdura bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 18.01.21 17:06