DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

DİN-dən Xızıda şəhid plakatlarının sökülməsi iddialarına cavab - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi Xızıda yol kənarında qoyulan şəhid plakatlarının sökülməsi ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə aydınlıq gətirib.

Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, sözügedən videoda iddia edilən məsələ həqiqəti əks etdirmir:

“Xızıda şəhid plakatlarının söküldüyünə dair yayılan məlumatlar doğru deyil. Şəhidin plakatı avtomobil yolunun yaxınlığında qoyulduğu üçün nəqliyyatın hərəkətinə mane yaratmaması üçün mövcud yerindən bir qədər geri çəkilib. Heç bir söküntüdən söhbət gedə bilməz. Ərazidə ictimai asayişin pozulmaması üçün hadisə yerinə polis əməkdaşları da cəlb olunub”.

* * * * * *

Xızı rayonunda yol kənarında şəhidlərin xatirəsinə qoyulan plakatların söküldüyünə dair sosial şəbəkədə videogörüntü yayılıb.

Məlumata görə, şəhid plakatlarının Xızı Rayon İcra Hakimiyyəti tərəfindən sökülməyə cəhd edildiyi iddia olunur.

Məsələni aydınlaşdırmaq üçün Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq, rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Əzizov iddiaların əsassız olduğunu bildirib:

“Sosial şəbəkədə yayılan videolarla tanışıq. Hadisə heç də təsvir edildiyi kimi olmayıb. Heç kim şəhidlərin plakatlarını sökmür. Sadəcə olaraq şəhid Verdiyev Natiq Əlmurad oğlunun fotosunun vurulduğu plakat yola yaxın olduğu üçün yerləşdiyi yerdən təxminən 40 santimetr kənara çəkilib. Ailəsinin də məlumatı var, heç bir narazılıq yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 16.01.21 18:33