Vaksinlərin alınması iki mənbədən maliyyələşdiriləcək.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.
T.Musayev qeyd edib ki, bunlar Koronavirusla Mübarizəyə Dəstək Fondu və müxtəlif illərdə dövlət büdcəsindən ayrılmalardır.