Vaksinlər üçün ölkə üzrə saxlanma məntəqələri var.
Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.
O bildirib ki, bu istiqamətdə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir:
“Şuşada da vaksinlərin saxlanılması üçün məntəqə qurulur”.