Rusiya geri qaytardığı məhsullarla bağlı Azərbaycana 34 notifikasiya göndərib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rusiya geri qaytardığı məhsullarla bağlı Azərbaycana 34 notifikasiya göndərib

“Tuta absoluta” zərərvericisi ilə bağlı Rusiya Federasiyası Azərbaycana 34 notifikasiya göndərib. Notifikasiyalar cəmi 9 istehsal müəssisəsi və 5 ixracatçı şirkət haqqında olub”.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan tərəfi də idxal zamanı oxşar zərərvericiləri aşkarlayır və qarşı ölkələrə də notifikasiyalar göndərilir:

“Qeyd edim ki, 2020-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 190 min tona yaxın pomidor məhsulu ixrac olunub. Zərərvericinin məhsullardakı payı 0,28 faiz təşkil edib. Azərbaycan Respublikasında mövcud inzibati ərazilərdən isə yalnız 6 rayonda bu zərərvericinin olması halı qeyd edilib. Məhsulun yalnız göstərilən qismində zərərvericinin olması ilə bu məhdudiyyətin bütün ölkə üzrə tətbiq edilməsi bizdə təəccüb doğurur”.

E.Mikayılov əlavə edib ki, Rusiya Federasiyasına hər ilin başlanğıcında fəaliyyət göstərən istixanalarla bağlı proqnoz göndərilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 15.01.21 18:59