Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |    

Şəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə mənzillərin verilməsi zamanı gecikmələrin olmasının səbəblərini açıqlayıb.

“Report”un xəbərinə görə, o, Real TV-yə müsahibəsində gecikmənin Vətən müharibəsi ilə bağlı olduğunu deyib.

S.Babayev qeyd edib ki, bəzi fərdi evlər məhz aktiv döyüş əməliyyatlarının aparıldığı bölgələrə yaxın ərazilərdə yerləşir: “Aktiv döyüş əməliyyatları zamanı tikinti işləri müəyyən qədər ləngidi. Onu da bildirim ki, döyüşlər gedən ərazilərdə tikilib hazır olan bəzi evlər erməni vəhşiliyinin qurbanı oldu. Dağılan həmin evlər artıq təmir edilib. Yanvarın 15-də daha 20 ev şəhid ailəsi və müharibə əlillərinə təqdim olunacaq. Bununla da 1 500 nəfərlik proqram yekunlaşmış olacaq”.

Onun sözlərinə görə, sosial tərəfdaşlar da böyük məsuliyyət prinsipləri nümayiş etdiriblər:

“Onların tikdirdiyi evlər də bu günə qədər təqdim edilib və bundan sonra da proses davam edəcək. Yanvarın sonu, fevralın əvvəllində də onlar tərəfindən evlər təqdim ediləcək. 1 500-dən əlavə 90 ev məhz sosial tərəfdaşlar tərəfindən tikilib”.

Qeyd edək ki, ötən ilin sonunda 1 450 mənzil və fərdi evlər şəhid ailələri və Qarabağ əlillərinə verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            414 14.01.21 19:45