Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi |
Mojo.az Avto
Mojo.az Avto

ÜST-dən koronavirusun sürətlə yayılması barədə XƏBƏRDARLIQ

14.01.2021 12:20 2 562
ÜST-dən koronavirusun sürətlə yayılması barədə XƏBƏRDARLIQ
Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən beş milyon artıb. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

TASS Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən xəbər yayır ki, ölənlərin sayı 85 mindən çox artıb.

Bildirilir ki, 4-10 yanvar tarixlərində dünyada 4 953 758 yeni yoluxma və 85 436 ölüm halı qeydə alınıb.

Yeddi gün ərzində əvvəlki rekord 14-20 dekabr tarixlərində qeydə alınıb: 4 612 790 yoluxma.

Bülletendə qeyd edilir ki, keçən həftə yoluxma sayında artım tendensiyası yenidən yüksəlib. Yeni COVID-19-a yoluxma və ölüm sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 və 11% artıb.

Amerika qitəsində 2,5 milyondan çox yoluxma (30% artım), 38 mindən çox ölüm (18% artım), Avropada 1,8 milyondan çox yoluxma, 36 mindən çoxu ölüm müəyyən edilib.

Yoluxmanın artması Qərbi Sakit Okean bölgəsində (36%), Afrikada (34%) və Şərqi Aralıq dənizi bölgəsində (11%) də qeyd olunub.

Son xəbərlər