Brilliant Dadaşova: “Nə qədər çətin olsa da...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |    

Brilliant Dadaşova: “Nə qədər çətin olsa da...”

Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:

“Mən şikayət etməyi sevmirəm, amma sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da hazırda hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər. Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün hesab etmirəm. Əlbəttə ki, hazırda hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Amma bu mövzuları çox qabartmaq istəmirəm, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var.

Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da, biz ümidliyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            852 11.01.21 23:42