Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir”

Ümumdünya Səhiyyə Təşkilatı və alimlər koronavirusa qarşı peyvəndə güvənirlər. Ancaq virus daim mutasiyaya uğrayırsa, vaksin təsirli olacaqmı?

Media.az bununla bağlı Pandemiya xəstəxanasının həkimi Rauf Qasımovla danışıb.

Həkimin sözlərinə görə, bu mövzuda elmi dairələrin fikirləri fərqlidir.

“Deyə bilərəm ki, bu virusun artıq 30 dəfə mutasiya olunduğuna dair fikirlər var. Peyvəndin effektivliyi baxımından da fikir birliyi yoxdur. Bəziləri virus mutasiyaya uğrasa belə, peyvəndin yeganə dərman olduğuna inanırlar. Digərləri, müntəzəm mutasiyanın, peyvəndin insan orqanizmini içərisinə daxil olan koronavirus ştamlarından qoruyacağına, ancaq digərlərinə qarşı gücsüz ola biləcəyini söyləyirlər. Üçüncü qrup alimlər, peyvəndin, viruslara qarşı (xüsusən də RNT-si olanlara) təsirsiz olduğunu düşünüb, ona ehtiyac olmadığını bildirirlər”.

Həkim bu yerdə qrip və paraqriplərdən söz açaraq, onların 100-dən çox ştammı olduğunu və mütəmadi olaraq mutasiya etdiyini bildirdi.

“İnsanlıq xeyli qrip epidemiyalarını xatırlayır. Bir çox ölkədə payız-qış mövsümündə mövsümi qrip epidemiyaları baş verir və bu viruslarla normal olaraq mövcudluğumuz davam edir”, - deyə o, bildirib.

Rauf Qasımov virusların insan hüceyrəsi xaricində mövcud ola bilməyəcəyini vurğulayıb:

“Buna görə, bir qayda olaraq, viruslar inkişaf edir, mutasiya edir və “aqressiv” olmağı dayandırır. Bir insanı öldürməklə virus əslində özünü məhv edir, bu isə ona sərf etmir”.

“Düşünürəm ki, zaman keçdikcə koronavirus bədənin canlı hüceyrələri ilə bir səviyyədə yaşamaq üçün mutasiya etmək və insanlara daha çox ziyan vurmağı dayandırmaq məcburiyyətində qalacaq”, - deyə həkim sözlərini yekunlaşdırıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 11.01.21 23:12