Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |    

Pandemiya xəstəxanasının həkimi: “Virus insanı öldürməklə faktiki özünü məhv edir”

Ümumdünya Səhiyyə Təşkilatı və alimlər koronavirusa qarşı peyvəndə güvənirlər. Ancaq virus daim mutasiyaya uğrayırsa, vaksin təsirli olacaqmı?

Media.az bununla bağlı Pandemiya xəstəxanasının həkimi Rauf Qasımovla danışıb.

Həkimin sözlərinə görə, bu mövzuda elmi dairələrin fikirləri fərqlidir.

“Deyə bilərəm ki, bu virusun artıq 30 dəfə mutasiya olunduğuna dair fikirlər var. Peyvəndin effektivliyi baxımından da fikir birliyi yoxdur. Bəziləri virus mutasiyaya uğrasa belə, peyvəndin yeganə dərman olduğuna inanırlar. Digərləri, müntəzəm mutasiyanın, peyvəndin insan orqanizmini içərisinə daxil olan koronavirus ştamlarından qoruyacağına, ancaq digərlərinə qarşı gücsüz ola biləcəyini söyləyirlər. Üçüncü qrup alimlər, peyvəndin, viruslara qarşı (xüsusən də RNT-si olanlara) təsirsiz olduğunu düşünüb, ona ehtiyac olmadığını bildirirlər”.

Həkim bu yerdə qrip və paraqriplərdən söz açaraq, onların 100-dən çox ştammı olduğunu və mütəmadi olaraq mutasiya etdiyini bildirdi.

“İnsanlıq xeyli qrip epidemiyalarını xatırlayır. Bir çox ölkədə payız-qış mövsümündə mövsümi qrip epidemiyaları baş verir və bu viruslarla normal olaraq mövcudluğumuz davam edir”, - deyə o, bildirib.

Rauf Qasımov virusların insan hüceyrəsi xaricində mövcud ola bilməyəcəyini vurğulayıb:

“Buna görə, bir qayda olaraq, viruslar inkişaf edir, mutasiya edir və “aqressiv” olmağı dayandırır. Bir insanı öldürməklə virus əslində özünü məhv edir, bu isə ona sərf etmir”.

“Düşünürəm ki, zaman keçdikcə koronavirus bədənin canlı hüceyrələri ilə bir səviyyədə yaşamaq üçün mutasiya etmək və insanlara daha çox ziyan vurmağı dayandırmaq məcburiyyətində qalacaq”, - deyə həkim sözlərini yekunlaşdırıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 11.01.21 23:12