Vətən müharibəsi iştirakçıları üçün Türkiyədən 20 psixoloq dəvət olundu - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Vətən müharibəsi iştirakçıları üçün Türkiyədən 20 psixoloq dəvət olundu - RƏSMİ

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir. Lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur.

Vətəndaşların həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir.

Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir.

Nazirlikdən bildirilib ki, müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 mütəxəssis psixoloq dəvət olunub.

Turkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 11.01.21 15:25