Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər...

Yanvarda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə başlaya bilər. Peyvənd insanın orqaniminə və xüsusilə də immun sisteminə çox ciddi "müdaxilə"dir.

Bu səbəbdən peyvəndə gedən insan bəzi vacib qaydaları bilməlidir ki, peyvənddən sonra hər hansı fəsad yaranmasın.

Median.Az saglamolun.com-a istinadən bildirir ki, bu haqda tanınmış rusiyalı həkim-infeksionist Yevgeniy Timakov məlumat verib.

Həkim bildirib ki, vaksinasiya zamanı insanda heç bir soyuqdəymə simptomu olmamalıdır. Həmçinin xroniki xəstəliyin kəskinləşməsi zamanı da peyvənd vurdurmaq olmaz.

"İnsanda zökəm, öskürək, qızdırma, halsızlıq kimi simptomlar, vaksinasiyadan 1 ay əvvəl xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır" - Timakov xəbərdarlıq edib.

İnsan peyvəndlənmədən 1 ay əvvəl hər hansı kəskin reseptor virus xəstəliyi, qrip keçiribsə, peyvəndin vurulması taxirə salınmalıdır. Bu xəstəliklər immunitetin müvəqqəti zəiflənməsinə səbəb olur ki, bu insanlarda peyvənd fəsadlara səbəb ola bilər.

Peyvənddən 3 gün əvvəl çoxlu miqdarda spirtli içkiləri qəbul etmək olmaz. Həmçinin ağır qidalar, fast-fudla da ehtiyatlı olmaq lazımdır.

"İnsan peyvəndə psixoloji olaraq hazır olmalıdır. İnsan çox qorxursa, onda peyvənddən sonra təzyiq qalxa bilər, başgicəllənməsi, hətta bayılma ola bilər" - həkim bildirib.

Allergiyaya meylli insanlar peyvənddən 1 gün əvvəl və sonra antihistamin həb qəbul edə bilərlər. Qızdırmanın qalxmasına meylli olanlar peyvənddən sonra yatmazdan qabaq parasetamol qəbul edə bilərlər.

Həkim qeyd edib ki, peyvənddən əvvəl kovidə PZR-test vermək lazımdır. Bu infeksiyanın simptomsuz formasını inkar etməyə kömək edəcək. Həmçinin həkim peyvənddən əvvəl IgG и IgM anticismlərə, peyvənddən sonra isə IgG anticismə analiz verməyi tövsiyə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 09.01.21 22:41