Ombudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ombudsman işğaldan azad olunmuş ərazidə saxlanılan şəxslə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təmini vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan AZXEBER.COM-a verilən məlumata görə, Ombudsman tərəfindən həyata keçirilən növbəti başçəkmə zamanı Ermənistandan olan və Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan A.Q. da konfidensial qaydada qəbul edilib.

İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.

O, saxlanma şəraitindən və onunla rəftardan, qidalanmadan, tibbi xidmətdən razılıq etməklə yanaşı, göstərilən münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan, Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti ilə yanaşı, beynəlxalq hüquq normaları əsasında saxlanılan şəxsin hüquqlarının təmin edildiyi müşahidə olunub və o, qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıq edib.

Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən isə kombatant olmayanlara, yaralanaraq əsir düşmüş hərbi qulluqçularımıza və azərbaycanlı girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuş, onlara ilkin və zəruri tibbi xidmətlər göstərilməmiş, qida ilə təmin olunmamaqla yanaşı, işgəncələrə və qeyri-insani rəftara məruz qalıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            621 09.01.21 20:19