Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |    

Korotçenko: “Erməni müxalifəti ölkədə hakimiyyət dəyişikliyi üçün kütlə toplaya bilmədi”

Erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında xəbər verib.

“Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”, - deyə o, bildirib.

Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəməməsini göstərir.

“İndi heç vaxt “Böyük Ermənistan” olmayacaq – HEÇ VAXT, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət əgər yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Necə deyərlər - arbayten!", - deyə Korotçenko sözlərini yekunlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 09.01.21 18:46