"Gəncə şəhəri dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |    

"Gəncə şəhəri dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq"

"Azərbaycan min illər boyu dünyaya mədəni nümunələr, mənəvi dəyərlər bəxş etmiş bir ölkədir. Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustaları Nəsiminin, Nizaminin, Füzulinin irsinin, yaradıcılığının bəşər bədii nümunələrinin ön cərgəsində yer tutması, bu gün də aktuallığını qoruyub saxlaması buna nümunədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə ölkə başçısının sərəncamına əsasən 2021-ci ilin "Nizami Gəncəvi ili” elan olunmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Prezidentin qərarı heç də təsadüfi deyil:

"Dövlət başçımızın sərəncamları ilə mütəmadi olaraq Azərbaycanda mənəvi dəyərlərin qorunması, dünyada təbliğ edilməsi ilə bağlı, eyni zamanda beynəlxalq mədəni aləmə, dünyaya töhfələr verən tədbirlər həyata keçirilir. Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı imzalanan sərəncam 2021-ci ildə ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirən, yüksəkliklərə qaldıran Nizami Gəncəvi irsinin tədqiqinə və dünyada təbliğinə yeni çalarlar gətirəcək”.

Pərvin Kərimzadənin fikrincə, qüdrətli söz ustasının 880 illik yubiley mərasimlərinin dövlət səviyyəsində keçirilməsi ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevriləcək: "Dahi şairin adı ilə qoşa çəkilən qədim Gəncə şəhəri isə dünya, bəşər mədəniyyətinin, ictimaiyyətinin diqqət mərkəzində olacaq. "Nizami Gəncəvi İli” çərçivəsində dünya şöhrətli şairin yubileyi ilə bağlı keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq, diqqəti mütəfəkkir şairin doğma şəhərinə, ömrü boyu ordan kənara çıxmadığı şəhərə yönəldəcək. O şəhərə ki, yola saldığımız 2020-ci ilin oktyabr ayında erməni vandalları tərəfindən dəfələrlə dünyada qadağan olunan raketlərlə atəşə tutuldu. Münaqişə zonasından kilometrlə uzaqda yerləşən Gəncədə dinc insanlar qətlə yetirildi, evlər yerlə-yeksan edildi, körpələr atasız-anasız qaldı”.

Deputat onu da vurğulayıb ki, ölməz əsərləri əsrlərdir insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət edən Nizami Gəncəvi yaradıcılığının işığına toplaşan hər kəs 44 günlük müharibə zamanı erməni terrorunun qurbanına çevrilən Gəncədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin şahidi olacaq: "Bu da Azərbaycan həqiqətlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası, dünya miqyasında yayılması istiqamətində atılan addımlara töhfə kimi tariximizə yazılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            480 08.01.21 23:35